Maliyyə hesabatı verməyən partiyalar bunlardır – SİYAHI

Bu gün siyasi partiyaların 2021-ci il üzrə maliyyə hesabatlarını təqdim etmə müddəti başa çatıb.

Qanunvericiliyə uyğun olaraq, partiyalar illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc edilmiş siyahıya əsasən, 2021-ci il üzrə maliyyə hesabatını 24 siyasi partiya təqdim etməyib.

Komissiya Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydasına görə, nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verir.

MSK-nın rəsmi saytında dərc olunan siyahıya əsasən, 2021-ci il üzrə maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar bunlardır:

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Milli Demokrat İdrak Partiyası

Vahid Azərbaycan Milli Birlik Partiyası

Ağ Partiyası (AĞP)

Müstəqil Azərbaycan Partiyası

Azərbaycan Milli Dövlətçilik Partiyası

Azərbaycan Vətənpərvərlər Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Vəhdət Partiyası

Azərbaycan Demokrat Partiyası

“Azərbaycan Mübarizləri” Partiyası

Azərbaycan Azad Respublikaçılar Partiyası

Azadlıq Partiyası

Azərbaycan Milli Demokrat Partiyası

Azad Demokratlar Partiyası (AzDP)

Vətəndaş Birliyi Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Respublikaçı Alternativ (REAL) Partiyası

Gələcək Azərbaycan Partiyası (GAP)

Haqq Ədalət Partiyası (HƏP)

Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)

Siyahıdan göründüyü kimi, hesabat verməyən partiyalar arasında parlamentdə təmsil olunan Vəhdət Partiyası və Respublikaçı Alternativ (REAL) Partiyasının da adları var.

Hər iki partiya ilə əlaqə saxlayaraq, bunun səbəbini dəqiqləşdirib.

Bildirilib ki, adları çəkilən hər iki partiya illik hesabatlarını MSK-ya təqdim edib, lakin siyahı rəsmi saytda hələ ki dərc olunmayıb. Gün ərzində MSK-nın saytında hesabat verən partiyaların siyahısının yenilənməsi gözlənilir.

Qaydalara görə, il ərzində oktyabr ayının 1-dək yeni yaradılan siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-nə qədər olan dövrü əhatə edir. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış siyasi partiyalar üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-nə qədərki dövrü əhatə etməlidir.

Beləliklə, 2021-ci il oktyabr ayında qeydiyyata alınmış Haqq Ədalət Partiyası (HƏP) və Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) oktyabr-dekabr aylarına aid maliyyə hesabatını təqdim etməlidirlər.