Rusiya döyüşlərdə təxminən 17 700 hərbçisini itirib

Rusiya ordusu indiyədək döyüşlərdə təxminən 17 700 hərbçisini itirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Məlumata əsasən, Rusiyanın 625 ədəd tankı, 1751 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 54 ədəd hava hücumundan müdafiə sistemi, 143 ədəd təyyarə, 131 ədəd helikopter, 7 ədəd gəmi/qayıq, 76 ədəd yanacaq və sürtkü yağları olan çən, 24 ədəd xüsusi avadanlıq, 85 ədəd İHA əməliyyat-taktiki səviyyəsi, 96 ədəd MLRS, 1220 ədəd avtomobil texnikası məhv edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb.