“Mən supermen yox, Putinin əsiriyəm” – Saakaşvili

“İnsanlar xaricdən Gürcüstana yalnız Saakaşvili mövzusu ilə əlaqədar gəlir, ona görə ki, mən supermen deyiləm, Putinin əsiriyəm”

Bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Tbilisi Şəhər Məkəməsində çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, o, hazırda Gürcüstanı ruslara vermədiyi üçün mühakimə olunur. O, həmçinin deyib ki, səlahiyyətli biri Gürcüstana gəlsə, sırf Saakaşvili barədə danışmaq üçün gələcək.

“Məni niyə mühakimə etdiklərini hamı bilir. Məni ölkəni ruslara vermədiyim üçün mühakimə edirlər. Mən Putinin şəxsi əsiriyəm və bunu Avropa Parlamentinin ən böyük səlahiyyətliləri deyib. Gürcüstana kimsə gəlsə, ancaq mənim mövzuma barədə gələcək. Bu reallıqdır. Onlar buraya yalnız Saakaşvili məsələsi ilə əlaqədar gələrlər. Supermen olduğum üçün yox, Putinin şəxsi məhbusu olduğum üçün.

Özünü gürcü hesab edən hər bir insana demək istəyirəm ki, Ukrayna ilə aramızda baş verənlər və mənim başıma gələnlər bir əsrlik biabırçılıqdır. Dostlar, oyanın, milli konsolidasiya və birlik ilə bu rüsvayçılığı yumaq üçün bir neçə həftəmiz var”,-deyib M.Saakaşvili.