42-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Müharibənin 42-ci günü üçün Rusiya Ukraynanın itkilərini yeniləyib.

Bu barədə Rusiya MN-nin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi düşmənin 125 təyyarə və 93 helikopteri, 407 pilotsuz uçuş aparatı, 1981 tank və digər zirehli döyüş texnikası, 215 reaktiv yaylım atəş sistemi, 227 zenit raket kompleksi, 854 səhra artilleriya silahı və minaatan, o cümlədən 1882 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib”, – Konaşenkov qeyd edib.