Çavuşoğlu Kravinyu ilə Ukraynanı müzakirə etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Kravinyu ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitter hesabında yazıb.

“Brüsseldəki ikinci günə Portuqaliyanın yeni xarici işlər naziri ilə görüşərək başladıq. Biz iqtisadi əlaqələrimizi və Ukraynadakı son vəziyyəti müzakirə etdik”, – Çavuşoğlu bildirib.