Rusiya cəzalandırılmalıdır – Yaponiya

Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu Rusiya əsgərlərinin Ukraynada mülki insanları öldürməsi xəbərinin hökuməti çaşdırdığını və bu hərəkətləri kəskin şəkildə qınadığını bildirib.

Günahsız mülki şəxslərin öldürülməsini beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimi xarakterizə edən Matsuno faktların üzə çıxarılması və Rusiyanın hərbi cinayətlərinə görə cəzalandırılmalı olduğunu deyib.