Türkiyə Qaşıqçı cinayəti işini Ərəbistana ötürdü

Türkiyə jurnalist Camal Qaşıqçının qətli ilə bağlı məhkəmə prosesini dayandıraraq onu Səudiyyə Ərəbistanına təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Qaşıqçı 2018-ci ilin oktyabrında İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda öldürülüb. 2020-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı məhkəməsi Qaşıqçı qətli işi üzrə yekun hökm çıxarıb. Səkkiz müttəhimdən beşi 20 il, biri 10 il, daha ikisi isə 7 il müddətinə azadlıqdan məhrum edilib.