Ukrayna: 84 rus əsgəri məhv edildi

Ukrayna hərbçiləri gün ərzində cənub istiqamətində 80-dən çox rus hərbçisini məhv edib.

Bu barədə “Cənub” Əməliyyat Komandanlığı Feysbukda məlumat yayıb.

“Nikolayev və Xerson istiqamətlərində rus ordusu hücuma keçmək üçün güc və resursları bərpa etməyə çalışır. Onlar Nikolayev vilayətinin yaşayış məntəqələrinə 3 raket zərbəsi endirib. Ukrayna müdafiəçiləri rus ordusunun çoxməqsədli daşıyıcısını, həmçinin T-72 tankı və düşmənin 3 ədəd Orlan-10 pilotsuz uçuş aparatını dəqiqliklə məhv edib. Cəmi bir gündə müdafiəmizin cənub xəttində düşmən itkiləri 84 nəfərə çatdı. 13 texnika məhv edildi”, – məlumatda deyilir.