Rusiya daha çox insan öldürmək istəyir

Rusiyanın etdikləri onu göstərir ki, təcavüzkar daha çox dinc sakin öldürmək, infrastruktura ziyan vurmaq və ərazimizdə humanitar fəlakət yaratmaq istəyir.

Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal deyib.

“Müharibə, soyqırım və ukraynalıların əzabına son qoymaq üçün bizə ABŞ-ın davamlı dəstəyi, daha çox hərbi yardımı və sanksiya təzyiqi gərəkdir”, – deyə baş nazir bildirib.

O əlavə edib ki, Rusiyanın etdiklərinə görə ödədiyi bədəl kifayət qədər yüksək deyil.