Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya gəlir – Foto

Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda və Estoniya Prezidenti Alar Karis Ukraynaya yola düşüblər.

Axar.az xəbər verir ki, bu barədə Litva Prezidenti Qitanas Nauseda Tvitter hesabında yazıb.

O, qeyd edib ki, həmkarları ilə Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanır.

Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda apardığı mübarizəsini dəstəkləməyə davam edəcək.