19 terrorçu zərərsizləşdirilib – “Pəncə-Kilid” əməiyyatı

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terrorçularına qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatında 19 yaraqlı zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı 4 qəhrəman yoldaşımız yaralanıb:

“Bütün lazımi tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar”.