G7-dən Ukraynaya 24 milyard dollarlıq dəstək vədi

G7 ölkələrinin maliyyə nazirləri beynəlxalq ictimaiyyətlə birlikdə 2022 və 2023-cü illərdə Ukraynaya 24 milyard dollardan çox əlavə dəstək verəcəklərini bildiriblər.

Bu barədə “Röyters” məlumat yayıb.

“G7 nazirləri bildiriblər ki, beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar artıq Rusiya ilə öz işini adi qaydada aparmamalıdır. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”, – məlumatda deyilib.