58-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 58-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 21 200-ə yaxın hərbçi, 838 ədəd tank, 2162 ədəd zirehli döyüş maşını, 397 ədəd artilleriya sistemi, 138 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 176 ədəd hərbi təyyarə, 153 ədəd helikopter, 1 523 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 172 ədəd dron, 27 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.