Rus qazına embarqo qoya bilmərik – Şolts

Almaniya Rusiyadan qaz tədarükünə embarqo qoya bilməz.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Biz dramatik iqtisadi böhrandan, milyonlarla iş yerinin və bir daha açıla bilməyən fabriklərin itirilməsindən qaçmaq istəyirik. Bunun ölkəmiz, bütün Avropa üçün ciddi nəticələri olacaq və Ukraynanın bərpasını maliyyələşdirmək imkanlarına böyük ziyan vuracaq”, – Şolts bildirib.

Kansler qeyd edib ki, qaz embarqosu belə Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymayacaq.