Rusiyaya gedəcək 8 min maşın Belçikada qaldı

Rusiyaya göndərilən təxminən 8 min dəbdəbəli avtomobil Belçikanın Zebruqe limanında saxlanılır. Moskvaya tətbiq edilən sanksiyalara görə avtomobilləri ölkəyə çatdırmaq mümkün olmur.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, aralarında son model “Leksus”, “Kadillak” və “Mersedes” markaları da olan avtomobillər Asiyadan gətirilib. Onların Rusiyaya daşınması nəzərdə tutulurdu, lakin dəyəri nəqliyyat vasitələri sanksiyalara görə Belçika limanında qalıb.