Bakı-İrəvan danışıqlarını dəstəkləyirk – Gürcü nazir

“Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş iki ölkə arasında əlaqələrin inkişafına daha çox təsir edəcək”

Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

“Həmkarım ilə danışıqlar iki ölkə arasında bütün əlaqələri əhatə edir. Regionun inkişafı üçün sülhə üstünlük verilir. Biz iki ölkə arasında danışıqları dəstəkləyirik. Biz maraqlıyıq ki, regionda sülhün təmin edilməsinə öz töhfəmizi verək. Bütün çətinliklərin öhdəsindən gələ bilərik. Bunun üzərində işləyirik”, – deyə XİN başçısı vurğulayıb.