Rusiyaya qarşı sanksiyalar bu şərtlə ləğv edilə bilər

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi ən azı Ukraynada hərbi əməliyyatların dayandırılması halında mümkündür.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasındakı dinləmələr zamanı deyib.

ABŞ Dövlət katibindən bu məqsədə çatmaq üçün Rusiyanın Ukraynadan qoşunlarını tamamilə çıxarmasına ehtiyac olub-olmaması soruşulub, lakin Blinken bu suala birbaşa cavab verməkdən imtina edib.