Vilayət Quliyev səfir təyin edildi

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.