60 minə yaxın şəxsə yenidən əlillik təyin edilib

“2020-2022-ci illərdə əlillik müddəti uzadılan 60 minə qədər şəxsə yenidən əlillik təyin edilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə çıxışı zamanı deyib.

“Əlillik 5 illik müddət bitəndən sonra təkrar qiymətləndirilməlidir. Bu müddət ərzində şəxsə vəsait ödənilir. Ötən müddət ərzində 12 min əlillik təyinatı üzrə bu müddəa tətbiq edilib və həmin şəxslərə ödəniş olunub”, – nazir müavini bildirib.