Cənubda ruslara ciddi zərbə: 50 hərbçi məhv edildi

Ukrayna ordusu sutka ərzində düşmənin 130 hədəfinə hücumlar edib, 50 canlı qüvvəsini məhv edib.

Axar.az xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığı məlumat yayıb.

“Sutka ərzində Ukraynanın cənubundakı raket-artilleriya və aviasiya bölmələri düşmənin 130 hədəfinə hücumlar edib. Nəticədə düşmənin 50 hərbçisi, 11 hərbi texnikası – 2 ədəd “Msta-S” haubitsası, 5 ədəd zirehli, 3 ədəd avtomobil texnikası və 1 ədəd PUA-sı məhv edilib”, – məlumatda qeyd olunub.