Erməni generalın oğlu tutuldu, bir etirazçı öldü – İrəvanda gərginlik

Ermənistanda kütləvi etiraz aksiyaları davam edir.

Bu gün səhər saatlarından başlayan aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma yaşanıb.

İlkin məlumatlara görə, aksiya zamanı 180 nəfər saxlanılıb, bir nəfər ölüb.

Tutulanlar arasında KTMT-nin keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da olub. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Xaçaturov polis bölməsinə aparılıb.

Bundan əlavə, İrəvandakı Fransa meydanında qurulmuş çadırda gecələyən etirazçının ürəktutmasından öldüyü deyilir.

Aksiya iştirakçıları daha sonra Sevan-İrəvan, Vanadzor-İrəvan, Gümrü-Orəvan və Gorus-İrəvan magistral yollarını bağlayıblar. Hazırda Ermənistanda gərgin vəziyyət davam edir. Aksiyaların sabah davam etdiriləcəyi elan olunub.

modern.az