Ruslar güclü hücuma hazırlaşır – Qayday

Luqansk vilayətində müdafiə qüvvələri rusların yaxın 3-4 gün ərzindəki güclü hücumuna hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Yaxın 3-4 gün ərzində baş verə biləcək güclü hücuma hazırlaşırıq. Onlar Severodonetsk və Popasnayanı ələ keçirmək üçün bütün qüvvələrini toplayıblar. Popasnayada vəziyyət çoxdan ağırdır. Şəhər tamamilə dağılıb”, – Qayday bildirib.