“Azəriqaz” iaşə obyektlərində pozuntular aşkarladı

100-ə yaxın ictimai iaşə obyektində qaz balonlarından istifadə ilə bağlı pozuntu aşkarlanıb.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə apardığı yoxlamalar nəticəsində pozuntular qeydə alınıb.

Baş direktor yoxlamaların davam etdirildiyini diqqətə çatdırıb.