Ekvadorda həbsxanada qiyam: 100 məhbus qaçdı

Ekvadorda həbsxanada iğtişaşlar və qarşıdurmalar zamanı 100-dən çox məhbus qaçıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Santa Dominqo de los Tsaçilas şəhərindəki Bellavista həbsxanasında dünən başlayan qiyam nəticəsində 43 məhkumun öldüyü barədə məlumat var.

Ölkənin daxili işlər naziri P.Castillo da açıqlamasında təhlükəsizlik qüvvələrinin tədbirləri sayəsində 112 məhbusun qaçmasının qarşısının alındığını, qaçan şəxslərin tutulması üçün işlərə başlanıldığını bildirib.