QHT Agentliyinə yeni mətbuat katibi TƏYİN OLUNDU

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində yeni təyinat olub.

Leyla Kərimova Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi vəzivəsinə təyin olunub.

Xəbəri təsdiqləyən L.Kərimova deyib:

“Media mənim hər zaman sevdiyim və zövqlə icra etdiyim bir sahədir. İşlədiyim yerdən asılı olmayaraq hər zaman bu sahəni sevərək icra etmişəm. Bugündən etibarən Agentlikdə ictimaiyyətlə əlaqələr və kommunikasiya işlərini icra edəcəm. Göstərilən yüksək etimada, diqqətə görə Agentliyin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, L.Kərimova əvvəllər Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsində çalışıb.