Ukraynalılara yeni təhlükə barədə xəbərdarlıq edildi

Bu gün Ukraynada kimya sənayesi obyektlərində təxribat törədilməsi istisna edilmir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi Feysbuk səhifəsində bildirilib.

“Ukraynanın hər yerində mülki və hərbi infrastruktur obyektlərinə raket zərbələri endirmə ehtimalı yüksək olaraq qalır. Eyni zamanda, Ukraynanın kimya sənayesi obyektlərində təxribat törədilməsi ehtimalı istisna edilmir”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, Rusiya Donetsk və Luqansk vilayətlərinin ərazisində tam nəzarəti təmin etmək və bu ərazilərlə işğal olunmuş Krım arasında quru dəhlizini saxlamaq üçün Ukraynanın şərqində hücum əməliyyatları həyata keçirir.