Sertifikatlaşdırma imtahanı avqustda başlayacaq

“İndiyə qədər 140 minə yaxın təhsilverən bilik və bacarıqların yoxlanılmasına qoşulub”.

Bununla bağlı Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov “Təhsil masası”nda məlumat verib.

O qeyd edib ki, 2020-ci ildə təhsilverənlərin sertifikatlaşdırılması haqqında qaydalar Nazirlər Kabineti tərəfindən qəbul olunub:

“Pandemiya səbəbilə sertifikatlaşdırmanın yeni qaydalarının tətbiqi ləngiyib. Artıq bu prosesə başlamağa vəziyyət imkan verur. Bu səbəbdən Sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılacaq və avqustdan test imtahanını keçirməyi başlamaq fikrindəyik”.