Pensiya yaşı azaldılır? – Parlamentdə yenə məsələ qaldırıldı

Azərbaycanda pensiya yaşı birmənalı şəkildə azaldılmalıdır.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bununla bağlı məsələ qaldırıb.

Deputatın fikrincə, Azərbaycanda vətəndaşların yaşı 70-i keçmir: “Çünki sağlamlıq problemləri buna çox ciddi şəkildə təsir edir. Dəfələrlə demişik ki, pensiya yaşı azaldılsın. Bu diqqətə alınmalıdır”.