Rusiya qorxur, bunu etiraf etmir – Zelenski

Rusiyanın strateji məğlubiyyəti artıq dünyada hər kəsə, hətta Rusiya ilə hələ də ünsiyyətdə olanlara aydındır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

“Sadəcə, Rusiyanın hələ bunu etiraf etməyə cəsarəti çatmır. Onlar qorxaqdırlar. Raket, hava və artilleriya zərbələrinin arxasında həqiqəti gizlətməyə çalışırlar. Ona görə də bizim vəzifəmiz bu müharibədə məqsədlərimizə çatana qədər döyüşmək, torpağımızı, xalqımızı azad etmək, təhlükəsizliyimizi etibarlı şəkildə təmin etməkdir”, – Zelenski qeyd edib.