Bu, Ukraynaya hücum imkanı verir – Pentaqon

ABŞ-ın və digər ölkələrin Ukraynaya göndərdiyi 155 mm-lik M777 və digər tipli haubitsalar döyüş meydanında böyük üstünlüyə malikdirlər.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəsmilərindən biri brifinqdə deyib.

“Siz artıq görürsünüz ki, ukraynalılar Donbasda əks-hücuma keçməyə hazırlaşırlar. Onlar əvvəllər rusların ələ keçirdikləri şəhərləri qaytarırlar. Biz inanırıq ki, haubitsalar xüsusilə Xarkovda böyük təsirə malikdir. Təkcə ABŞ-ın deyil, həm də digər ölkələrin sistemləri onlara sürət qazanmağa və ərazilərinin bir hissəsini geri qaytarmağa tamamilə kömək edir”, – rəsmi bildirib.

Qeyd edək ki, Ukrayna ABŞ, Kanada və Avstraliyadan 15 mm-lik M777, Britaniyadan AS90 haubitsaları alıb.