17 yaşlı oğlan kanalda batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.