Vətən müharibəsi iştirakçısı intihar etdi

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, hadisə rayonun Cavad kəndində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Maşallah Manafov özünü asaraq intihar edib.

Bildirilib ki, Vətən müharibəsi iştirakçısı olan M.Manafov Sabirabad Rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra intihar edib.

Faktla bağlı araşdırma aparılır.