“Zəngəzur dəhlizi açılmalıdır” – Binəli Yıldırım

“26 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib, nəhayət, Azərbaycan torpaqlarını özü işğaldan azad edib”.

Bunu IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən AKP sədrinin müavini, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.

O bildirib ki, Zəngəzur dəhlizi artıq açılmalıdır: “Bu dəhliz Avrpopa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir”.