Deputat veteranpulunun artırılmasını təklif edib

“Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var”.

Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli məlumat verib.

O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına onların problemləri həll edilə bilər:

“Müharibə iştirakçılarına diqqət artırılmalıdır. Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənar qalmalıdırlar. Müharibə iştirakçılarına verilən 80 manat veteranpulu azdır, artırmaq lazımdır”.