Terrorçular İsveç silahları istifadə edir – Akar

İsveç istehsalı olan AT-4 tank əleyhinə silah var. İraqın şimalında və Suriyada həyata keçirdiyimiz əməliyyatlarda terrorçuların istifadə etdiyi bu silahların çoxunu ələ keçirdik.

Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Biz görüşlərimiz zamanı onların bütün fotoşəkillərini və seriya nömrələrini açıqladıq. Terror təşkilatlarına hər cür dəstək verdikdən sonra birgə müdafiə təşkilatında müttəfiq olaraq yer almaq tələbinin böyük bir uyğunsuzluq olduğunu hesab edirik”, – Akar bildirib.