Avtomobili aşıran sürücü öldü

İyunun 18-də saat 22 radələrində Ağdam rayonunun Evoğlu kəndi ərazisində kənd sakini Elşad Hüseynov idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.

Qeyd edilib ki, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü ölüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.