Rusiya ehtiyatda olan zabitləri döyüşə göndərir

Ciddi itkilər səbəbindən Rusiya üç aylıq müqavilə əsasında ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hava-desant qoşunları komandanlığında xeyli itki verilməsi səbəbindən Rusiya üç ay müddətinə qısamüddətli müqavilələr bağlamaq şərti ilə ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb etməyə məcbur olub”, – məlumatda deyilib.