Moldovada fövqəladə vəziyyət rejimi daha 45 gün uzadılıb

Moldova Parlamenti iyunun 24-də başa çatacaq fövqəladə vəziyyət rejimini Ukraynadakı vəziyyətlə əlaqədar daha 45 gün uzadıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu qərar Moldova Parlamentinin iclasında qəbul edilib.
“Faktlar göstərir ki, qonşu ölkədə hərbi əməliyyatlar səngimir. Odur ki, Moldova Respublikası üçün təhlükəsizlik, o cümlədən iqtisadi, enerji, humanitar və hərbi risklər qalır. Bu vəziyyətdə fövqəladə vəziyyət rejiminin uzadılmasını məqsədəuyğun hesab edirik”, – Moldovanın Baş naziri Natalya Qavrilitsa deputatlar qarşısında çıxışında bildirib.