16 iyul dövlət çevrilişi, yoxsa FETÖ məğlubiyyəti ?

Bu gün 15 iyul 2016-ci il saat 20:30 -da Türkiyədə baş verən “Dövlət ‎çevrilişi” –dən 6 il keçir. ‎
Həqiqətənmi baş verənlər “FETÖ” tərəfində həyata keçirilən çevriliş ‎idi? Ya hakimiyyətin Fətullah Gülənə və camaatına qarşı hazırlanan ‎gizli bir planı?‎

Bu məsələyə müxtəlif aspektlərdən baxsaq müxətlif cavablar alarıq. ‎Türkiyədə yaşayan vətəndaşlar bir mənali olaraq Fətulla Güləni ‎‎”FETÖ” terror təşkilatının başçısı kimi qəbul edir. Qəbul etməyənlər ‎də qorxularından sususr ki, onlara “FETÖ” damğası vurulmasın. ‎

Məsələyə Türkiyə xaricindən baxsaq Ərdoğan hakimiyyətinin təşkil ‎etdiyi 15 iyul 2016-ci il hadisəsi səhnələşdirilmiş növbəti “Dövlət ‎çevrilişi” kimi görərik.‎

Heç kimə sirr deyil ki, Fətulla Gülən nüfuzlu bir şəxs kimi vaxtılə ‎Türkiyə Prezidenti R.T. Ərdoğana yaxın və etibarlı adamlardan biri ‎olub.‎

‎(Heç təsadüfü deyil ki, 2008-ci ilin iyun ayında ABŞ-ın məşhur ‎‎”Foreign Policy” jurnalının internet üzərindən keçirdiyi “Dünyanın ‎yaşayan ən böyük intellektual insanı” adlı sorğusunda Fətulla Gülən ‎‎”dünyanın ilk 100 intellektual insanı” olaraq qalib seçilmişdir..‎

Hal-hazırda Amerikada yaşayan Gülən tirajı milyonları keçən səsli ‎video görüntülü və yazılı əsərləri ilə dünyanın ən çox izlənilən və ‎oxunan fenomenlərindən biridir. Müxtəlif jurnal və qəzetlərdə çox ‎sayda məqalələri dərc olunmuş, əsərləri bir çox dillərə tərcümə ‎edilmişdir. Hazırda 60-dan çox kitabı nəşr olunmuşdur. Həmçinin ‎müxtəlif yerlərdə verdiyi vəz və konfranslarla yanaşı, dini, elmi, ‎fəlsəfi, ədəbi, aktual mövzularda bir çox suallara bədahətən verdiyi ‎cavablarını əks etdirən səs və video qeydləri vardır.)‎

‎1990-cı illərdə dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda ‎da, çoxlu dini təriqət, məzhəb və cərəyanları təbliğ edən qruplar öz ‎fəaliyyətlərinə başladılar. Buraya əsasən Türk, Ərəb və İran dini ‎liderlərinin əqidələrini təbliğ edən qruplar daxil idi. Fətullah Gülənin ‎‎”Hizmət Camaatı” əsasən “Nurçuluğu” təbliğ etməklə yanaşı ‎Azərbaycanda elm və təhsil sahəsində müsbət mənada çox işlər ‎görməyi bacarmışdır. Bu “Hizmət Camaatı” ölkəmizdə “CAĞ ‎ÖYRƏTİM İŞLƏTMƏLƏRİ” şirkəti adı altında təbliğatlarını aparmaq ‎üçün Liseylər, Universitet, hətta TV və diğər mətbuat orqanları ilə ‎uğurlar qazanmışdı. Sağlam və rüşvətsiz təhsil, vətənpərvər ‎gənclər yetişdirən bir şirkətin fəaliyyəti dövlət tərəfindən təqdir ‎olunur, müsbət qarşılanmaqla yanaşı hökumət tərəfindən də ‎dəstəklənirdi.‎

Heç kəsə sirr deyil ki, “Nur camaatı” daxildən iki yerə parşalanmışdır. ‎Onlardan “Fətullaçılar” və “Səyid Nursi” camaatı bir birinə kəskin və ‎sərt münasibət bəsləməsələr də, öz aralarında soyuq münasibətdə idilər. ‎

Bəs necə oldu ki, əqidəcə yaxın olan həm Ərdoğan həm də Gülən bir ‎birinə qarşı gəldi?
Axı onların hər ikisi də “Maturidi” əqidəsinə yaxın ‎və onların da ortaq “düşməni” “Vahabilik” idi”?‎

Dini inanclı qüdrətli Türk xalqı tərəfindən sevilən Ərdoğan, ‎hakimiyyətə gələndən sonra Fətulla Gülənin dünyanın hər yerində ‎qazandığı nüfuzundan narahat olmağa başlayır. Fətullah Gülənin ‎‎”Hizmət Camaatı”, əsas “Nur camaatı” –dan fərqlı olaraq dini ‎baxışlarla bərabər təbliğatlarını müasir dünya və siyasətlə paralel, ‎gənclərə dinə, vətənə, bayrağa, dövlətə, dünya elmlərinə sevgini də ‎aşılayırdı. Bu isə həqiqətən Ərdoğan və onun komandasını narahat ‎etməyə bilməzdi.‎

Ərdoğan və Gülən arasında bağlanın qırılması Ərdoğan hakimiyyətinin ‎Fətullah Gülənin “Hizmət Camaatı” –nın maliyyə hesabatını istəməsi ‎və bu dövrüyyənin Ərdoğanın idarəçiliyinə keçməsi oldu. Ərdoğan ‎hakimiyyəti istəyinə nail olmadıqda daxıldə bu iki qrup aralarında ‎‎”soyuqluq” yarandı. Bununla da zəka, ağıl və siyasəti yaxından bilən ‎Fətullah Gülən Amerikaya köçdü. İşlərini artıq Amerikadan idarə ‎etməyə başladı.‎

Fətullah Gülənin Amerikaya köçməsi Ərdoğanın siyasi hakimiyyəti ‎üçün tam arxayınlıq sayılmırdı. Fətulla Gülən hələ də ‎zərərsizləşdirilməmişdi və hakimiyyət üçün real təhlükə olaraq qalırdı.‎

Buna görə də Türkiyənin siyasi hakimiyyəti Gülənin həm Türkiyədə, ‎həm də dünyada qazandığı nüfuzuna xələl gətirmək üçün müxtəlif ‎üsullara əl atdı. Hər kəs bilir ki, istər Türkiyədə, istər Azərbaycanda, ‎istərsədə dünyanın hər yanında fəaliyyət göstərən Fətulla Gülənə aid ‎lisey və universitetlərin tələbələri öz əxlaqı davranışı, vətənpərvərliyi, ‎savadı, üstünlükləri və istedadları ilə digər tələbələrdən seçilirdilər. ‎

Çox təəssüflər olsun ki, bu gün vaxtılə FETÖ məsələsinə görə həbs ‎olunanlar və Ərdoğan hakimiyyətini dəstəkləyən bir qrup şəxslər ‎utanmadan həyasızcasına hakimiyyətin TV kanallarında guya Fətulla ‎Gülənin lisey və universitetlərinin müəllimləri öz tələbələrinə imtahan ‎suallarının cavablarının gizli şəkildə verildiyini və buna görə də, ‎imtahanlardan yüksək qiymətlər aldıqlarını iddia edirlər. ‎

Bu absurd və iftira dolu çıxış edənlər düşünmürlər ki, “Beynəlxalq ‎olimpyadalar” -da uğur qazanan tələbələrə heç kim sualların ‎cavablarını verməyib. Onlar öz zəkası, elm və təfəkkürü sayəsində ‎ölkələrinə “Qızıl”, “Gümüş”, “Bürünc” medallar qazandırıblar. ‎

Beləliklə Türkiyə hakimiyyətinin səhnələşdirdiyi 15 iyul 2016-ci il ‎‎”Dövlət çevrilişi” oyunu Prezident Ərdoğanın uuğurlu qələbəsi ilə ‎nətinələnir. ‎

Türk dünyasının güclü lideri R.T. Ərdoğanın dünyada və bölgədə ‎artan nüfuzu, Türkiyəyə müttəfiq olan ölkələrə göstərdiyi siyasi ‎təzyiqlər nəticəsində ölkələrində fəaliyyət göstərən Fətulla Gülən ‎şəbəkəsi “FETÖ” terror təşkilatı adı altında bağlanır. Azərbaycanda da ‎fəaliyyət göstərən “CAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİ” şirkətinə ‎məxsus Türk liseyləri və Qafqaz Universiteti fəaliyyətini dayandırmalı ‎olur. Bununlada Azərbaycanda tək sağlam təhsil verən, vətənpərvər, ‎millətə, dövlətə, bayrağa, sevgi aşılıyan milli, dini dəyərlərlə gənclik ‎yetişdirən elm ocağı söndürülür. ‎

Ömrünü elmə, təhsilə həsr edən, milli mənəvi dəyərlərə söykənən ‎əxlaqlı gənclik yetişdirən yüzlərlə aydın Türk müləllimi Avropaya, ‎Amerikaya, Asiya və Afrika ölkələrinə qaçaraq siyasi mühacir həyatı ‎yaşamağa məhkum olunur.‎

Zaman gələcək. Tarix o gün baş verən hadısələrə öz layıqlı qiymətini ‎verəcək. Siyasət və hakimiyyət uğrunda insanların qanı bahasına ‎mübarizə aparanlar tarix qarşısında cavab verməli olacaqlar. Qeyd edək ‎ki, 15 iyul 2016-cı il hadisəsi nəticəsində 265 nəfər öldü, 2839 nəfər ‎yaralandı. 290 mindən çox adam saxlanıldı. 100 min nəfərdən çox ‎adam həbs olundu. Bu gün də Türkiyənin siyasi hakimiyyəti ölkə ‎daxilində “FETÖ” adı altında siyasi təzyiqlərini yürütməkdədir.‎

Bu gün də davam edən məhkəmələrdə onlarla general və digər hərbçilər ya ‎ömürlük müddətə, ya da 20 ilə qədər həbs cəzaları alırlar.‎
‎ ‎
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevriliş cəhdinin arxasında ‎Fətullah Gülənin olmasını dəfələrlə vurğulayıb.‎ Lakin Fətullah Gülən iddia edir ki, hərbi çevriliş cəhdi Rəcəb Tayyib Ərdoğanın ‎qurduğu oyundur və o, bununla hakimiyyətini daha da gücləndirib.‎
‎ ‎
Qeyd edək ki, Türkiyədə 1962, 1963, 1969 və 1971-ci illərdə də hərbi ‎çevriliş cəhdləri olub.‎

Araşdırmaçı jurnalist
Tərlan Novruzov