Rusiya məşhur jurnalisti axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi məşhur jurnalist və media meneceri, NTV teleşirkətinin keçmiş baş direktoru Yevgeni Kiselyovu axtarışa verib.

Modern.az xəbər verir ki, onun adı nazirliyin saytındakı məlumat bazasında yerləşdirilib.

Jurnalistin axtarışı cinayət işi çərçivəsində aparılır. Lakin cinayət işinin hansı maddə ilə başlandığı açıqlanmır.

Qeyd edək ki, Yevgeni Kiselyov bundan əvvəl dəfələrlə Rusiyanın xarici siyasətini tənqid edib, Kremlin Ukraynada başladığı qanlı müharibəyə qarşı çıxıb.