Almaniya maska rejiminə qayıdır

Almaniyada koronavirusun yeni dalğasına hazırlıq məqsədilə qapalı və ictimai yerlərdə maska ​​tələbi yenidən qüvvəyə minəcək.

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın ədliyyə naziri Marko Buşman bildirib.

Nazir karantin və komendant saatı kimi tədbirlərin yenidən qüvvəyə minməsinin müzakirə edilmədiyini deyib.

Hazırda ictimai nəqliyyatda maska ​​tələbi ilə bağlı işlədiklərini vurğulayan almaniyalı rəsmi əlavə edib ki, pandemiyanın üçüncü ilində komendant saatı və məktəblərin bağlanması kimi tədbirlər məqsədəuyğun deyil.