Bayden xərçəng xəstəliyinə tutulduğunu elan etdi

ABŞ Prezidenti Co Bayden uşaqlığını keçirdiyi bölgədə havanın çirkləndirilməsi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu elan edib.

Axar.az xəbər verir ki, ABŞ lideri bunu Massaçusetsdə iqlim dəyişikliyinin yaratdığı böhranın nəticələri ilə bağlı danışarkən deyib.

“Biz Delaverə köçəndə mən çoxmərtəbəli yaşayış binasında yaşayırdım və yolun qırağında getdiyim kiçik bir məktəb var idi. Piyada getməməyimiz üçün anam bizi avtomobil ilə aparırdı. Və ilk şaxtalarda nə baş verdiyini bilirsinizmi? Avtomobilin şüşəsindəki neft ləkələrini yumaq üçün şüşəsilənləri işə salmalı olurduq. Buna görə də mən və böyüdüyüm şəhərin bir çox başqa sakinləri xərçəng xəstəsiyik”, – C.Bayden qeyd edib.