Türkiyə XİN-dən İraqdakı hücumla bağlı bəyanat

Türkiyə İraqın Zaho rayonunda 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücumu pisləyir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Türkiyə terrorla mübarizəni beynəlxalq hüquq normalarına uyğun olaraq, mülki əhalinin, infrastrukturun, tarixi-mədəni sərvətlərin və təbiətin qorunmasına son dərəcə həssas aparır. Günahsız insanları hədəf alan və terror təşkilatı tərəfindən törədildiyi hesab edilən bu cür hücumlar ölkəmizin terrorla mübarizədəki ədalətli və qətiyyətli mövqeyini hədəf almaqdadır”, – XİN-dən verilən bəyanatda qeyd olunub.