Xameneinin bəyanatı Ukraynanı narahat edib

Biz İran rəhbərliyinin Rusiya Federasiyasının Ukraynaya təcavüzünü dolayısı ilə əsaslandıran bəyanatlarına diqqət yetirdik. Rusiyanın aqressiv hərəkətləri ilə razılaşmaq onu Ukrayna xalqına qarşı əsassız müharibəni davam etdirməyə həvəsləndirməklə yanaşı, həm də digər ölkələrdə sülh və təhlükəsizliyin pozulmasına zəmin yaradır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko İran Ali dini lideri Əli xameneinin aq bəyanatına münasibət bildirərkən deyib.

Qeyd edək ki, İran Ali dini lideri Xamenei Rusiyanın Ukrayna ərazisində əslində NATO ilə müharibə apardığını bildirmişdi.