Çin pilotsuz helikopterini sınaqdan keçirib

Çinin AVIC şirkət AR500-BJ pilotsuz helikopterini dənizdə uğurla sınaqdan keçirib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Sınaqlar zamanı helikopter Tyantszin şəhəri yaxınlığındakı akvatoriyada bir neçə uğurlu uçuş və eniş həyata keçirib.

Bildirilir ki, helikopter bir sıra vəzifələri yerinə yetirə bilər. Platform yüklərin daşınması, axtarış-xilasetmə tapşırıqlarının yerinə yetirilməsi, patrul və yanğınsöndürmə əməliyyatları, həmçinin radioaktiv və kimyəvi maddələrin buraxılışlarını aşkar etmək üçün istifadə oluna bilər.

Helikopter həm də düşməni hədəf almaq və ya vurmaq üçün hərbi məqsədlər üçün tətbiq edilə bilər.