Rusiya ordusu Ukraynanın hücumuna hazırlaşır

Rusiya qoşunları Ukrayna ordusunun əks-hücum əməliyyatı ərəfəsində Zaporojye və Xerson vilayətlərində mövqelərini möhkəmləndirir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbi komandanlığı Omskdakı anbarlardan hərbi texnikaları Ukraynaya göndərməyə başlayıb. Çünki hərbçilər vurulmuş texnikaların təmiri ilə bağlı problemlərlə üzləşirlər.