İki bölgə Ukrayna ordusunun nəzarətinə keçdi

Ukrayna ordusu Andreyevka və Lozovoyeni rus qüvvələrindən təmizləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Ukrayna aviasiyası hücum təyyarələri, bombardmançı təyyarələr və helikopterlərdən istifadə etməklə düşmənə dörd zərbə endirib. Düşmənin Andreyevka, Beloqorka və Blagodatnı bölgələrindəki mövqeləri vurulub.

“Beləliklə, Andreyevka azad edilib və rus işğalçılardan təmizlənib. Eləcə də bir neçə gün əvvəl qoşunlarımızın öz mövqelərini etibarlı şəkildə möhkəmləndirdiyi Lozovoye Ukrayna ordusunun nəzarətindədir”, – məlumatda bildirilir.