Qızılın qiyməti düşüb

ABŞ-da inflyasiya ilə bağlı statistikanın gözlənilməsi fonunda qızıl ucuzlaşıb.

“Report” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,4% və ya 7,25 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1805,1 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,46% ucuzlaşaraq 1 unsiyası 20,387 dollar təşkil edib.

Xatırladaq ki, hazırda investorlar ABŞ-da istehlak qiymətlərinin artımı ilə bağlı statistikanın açıqlanmasını gözləyirlər. Bu statistika monetar siyasət ilə bağlı qərar qəbul edən ABŞ Federal Ehtiyat Sistemi (FES) tərəfindən nəzərə alınır. Bu, dolların məzənnəsinə və nəticə etibarı ilə qızılın qiymətinə təsir göstərir.