Əcnəbilər Azərbaycanda 200-ə yaxın cinayət törədiblər

Azərbaycanda cari ilin yanvar-iyun ayları ərzində əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı məlum olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 6 ayı ərzində əcnəbilərin iştirakı ilə 189 cinayət hadisəsi qeydə alınıb.