Bakı Nəqliyyat Agentliyi auditor seçib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Nexia EA” MMC-dir.

Qalib şirkətə 44 min manat ödəniləcək.